CƏMİYYƏT


“Bloomberg TV” kanalında Azərbaycan ilə Bolqarıstan arasındakı iqtisadi əlaqələr müzakirə olunub

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun yanvarın 15-16-da Azərbaycana baş tutmuş səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yanvarın 16-da “Buta Airways” şirkəti tərəfindən həyata keçirilmiş Bakı-Sofiya-Bakı marşrutu üzrə həyata keçirilən ilk uçuşdan sonra “Bloomberg TV Bulgaria” telekanalının “Biznesə başlamaq” (“Business Starts”) verilişində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın iştirakı ilə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr barədə müzakirələr aparılıb.