Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib

03.02.2018 [14:54]

Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda 250-dən artıq yerli mütəxəssis, xarici dövlətlərdən dəvət olunmuş 50-dən artıq arıçı iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev konfransda Azərbaycanda arıçılığın inkişafı istiqamətində son illər görülən işlər barədə məlumat verib.