Terror hücumu zamanı 9 nəfər yaralanıb
03.02.2018 [16:31]
PKK terrorçuları Türkiyənin Azez bölgəsinə raket atıb. Dinc əhaliyə yönələn terror aktında 9 nəfər yaralanıb. Onların arasında uşaqlar da var. TRT Haberin məlumatına görə, yararlılara tibbi yardım göstərilib, daha sonra onlar xəstəxanaya yerləşdirilib.