Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranın Əşlə kəndində yararsız vəziyyətdə olan körpü əsaslı təmir edilir

05.02.2018 [19:07]

Xəbərin mətni
Rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən kəndin sakinləri alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirlər. Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu, bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq.