Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb

06.02.2018 [11:51]

Xəbərin mətni
Fevralın 5-də Çinin paytaxtı Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub. Bununla bağlı keçirilmiş mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti və Çin rəsmiləri iştirak edib.