RƏSMİ


Prezident İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə toxunan Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın verdiyi dəstəyin önəmini vurğuladı.