Təbriz küçəsi yenidən qurulur
07.02.2018 [14:59]
Nəsimi və Nərimanov rayonları arasında uzanan Təbriz küçəsinin yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır.