Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanadanın baş nazirinin korteji qəzaya düşdü

10.02.2018 [12:10]

Kanadanın baş naziri Castin Tryudonun korteji Kaliforniyada qəzaya düşüb. Toyota markalı avtomobil baş naziri müşayiət edən motosikletlə toqquşub. Qəzada baş nazir xəsarət almayıb. Motosikletin sürücüsü ilə Toyotadakı qadın və oğlu xəstəxanaya çatdırılıblar.