CƏMİYYƏT


Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır

Türkiyəli iş adamı Kamal Yılmaz Abşeron rayonuna təhkim olunmuş Zirə Südçülük Tərəvəzçilik Sovxozunda 5 ildir ki, şitil yetişdirməklə məşğuldur. Hazırda onun istixana kompleksində il ərzində 15 milyon tərəvəz şitili yetişdirilir. Səpilən toxumların tam şitil formasını alması üçün 40 gün kifayət edir. Yaxınlıqda fəaliyyət göstərən fermerlər tərəvəz şitillərini buradan alırlar.