Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

12.02.2018 [09:01]

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib. Təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.