CƏMİYYƏT


Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur

Goranboy rayonunda ümumi uzunluqları 34 kilometr olan və 26,5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu yollardan biri Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Uzunluğu 14 kilometr olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.