CƏMİYYƏT


Bakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialına dair beynəlxalq konfrans keçirilir

Fevralın 12-də Milli Aviasiya Akademiyasının Tələbə Tədris Mərkəzində “Fevral məruzələri – aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb. Konfransda Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov bildirib ki, fevral ayı Azərbaycan üçün bir çox əlamətdar hadisələrlə zəngindir. Fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.