Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranın Əşlə kəndindəki körpü əsaslı təmirdən sonra istifadəyə verilib

12.02.2018 [16:43]

Xəbərin mətni
Ötən ilin oktyabr ayında sel sularının Lənkəran rayonunun Əşlə kəndində yararsız hala saldığı körpü əsaslı təmirdən sonra fevralın 12-də yenidən istifadəyə verilib. Yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini - Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.