Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda müasir istixana kompleksi yaradılıb

13.02.2018 [13:54]

Xəbərin mətni
Xaçmaz rayonunun Ləcət kəndində müasir istixana kompleksi yaradılıb. 9 hektar sahədə yaradılan istixana kompleksində məhsuldar pomidor sortları yetişdirilir. Ərazidə işlərə 2016-cı ildən başlanılıb. Artıq 3 hektar ərazidən toplanan ilk məhsulun yerli və xarici bazarlarda satışı həyata keçirilir.