Təyyarənin mühərriki göydə dağıldı
14.02.2018 [14:15]
San-Fransiskodan Havay adalarına uçan təyyarədə ciddi texniki nasazlıq yaranıb. Mühərrikin üst hissəsi parçalanıb və o, titrəməyə başlayıb. Hadisə enişə 36 dəqiqə qalmış baş verib. Təyyarədəki sərnişinlər bu müddət ərzində böyük həyəcan keçiriblər. Hava gəmisi uğurla eniş edə bilib.