CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyi ölkədəki bütün qida sahələrini əhatə edən məhsulları ekspertizadan keçirəcək

Qida Təhlükəsizliyi Agentliyinin təftiş və dövlət nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin sözlərinə görə, bu işlərdən sonra sahibkarlara “ASAN Xidmət”lə birgə qida təhlükəsizliyi sertifikatı veriləcək. Şöbə müdiri bildirir ki, Agentlik “Tarladan süfrəyə” prinsipi əsasında baytarlıq, fitosanitar və sanitariya nəzarəti, idxal və ixrac da daxil olmaqla qida zəncirinin bütün mərhələlərinə nəzarət edəcək.