Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da məktəbdə güllələnmə: ölənlər var

15.02.2018 [02:56]

Florida hüquq-mühafizə orqanlarının məlumatına görə, Parkland şəhərində yerləşən orta məktəbdə bir gəncin atəş açması nəticəsində azı 15 nəfər ölüb. Stounman Duqlas adına məktəbdə baş verən atışma nəticəsində yaralananların 14-ü Parkland xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti haqqında məlumat yayılmayıb. Atışmada şübhəli bilinən 18 yaşlı gənc həbs olunub.