DÜNYA


Floridada orta məktəbdə baş verən atışmada şübhəli bilinən şəxs saxlanılıb

Birləşmiş Ştatların Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində ən azı 17 nəfər ölüb, 14 nəfər yaralanıb. Hadisənin baş verdiyi anlar “CBS News” telekanalının canlı efirində yayımlanıb. Şübhəli şəxs saxlanılıb, onun əvvəllər həmin məktəbdə oxuyan Nikolas Kruz olduğu bildirilir.