Ziya Bünyadov prospektində təmir-tikinti işləri aparılır
15.02.2018 [11:51]
Xəbərin mətni
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədilə təmir-tikinti işləri aparılır.
Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır.