CƏMİYYƏT


Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunlarına dair mətbuat konfransı keçirilib

Azərbaycan təbii qazı bu il Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 15-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunlarına dair mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.