Şabranda 39 km-lik kəndlərarası yolda müasir yol infrastrukturu yaradılır
16.02.2018 [12:04]
Xəbərin mətni
39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun yenidən qurulan Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu Şabran rayonunda bu il həyata keçirilməsi planlaşdırılan iki layihədən biridir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uzun müddət istismar olunması və əsaslı şəkildə təmir olunmaması yol boyu 8 yaşayış məntəqəsində yaşayan 11 mindən çox əhalinin gedi-gəlişini xeyli çətinləşdirirdi.