Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çantaları ilə birlikdə rentgendən keçdi - Onları itirməkdən qorxdu

17.02.2018 [11:16]

Çində dəmir yolu vağzalında qəribə hadisə qeydə alınıb. Yoxlama məntəqəsində çantaları rentgen edən aparatın içindən qadın çıxıb. O, əşyalarının itəcəyindən qorxaraq özü də onlarla birlikdə skanerdən keçib.