Xaçmaz sakinləri üçün satış yarmarkası təşkil olunub
17.02.2018 [14:26]
Xəbərin mətni
Yarmarkada ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif edilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkada rayonun bütün inzibati ərazi vahidliklərindən satışa 30-a yaxın çeşiddə ümumilikdə 10 tondan çox məhsul çıxarılıb. İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildirirlər.