MƏDƏNİYYƏT


17 min müxtəlif rəngli akrildən Ulu Öndərin portreti hazırlanır - Xaçmazda

Elman Eyyubov təsviri incəsənətin rəssamlıq, daş üzərində oyma, kinetik heykəltəraşlıq növləri ilə məşğul olur. Son on ildə isə mozaika üsulu ilə irihəcmli kompozisiyaların hazırlanmasına daha çox vaxt ayırır. Akril şüşə parçaları və yapışdırıcılar vasitəsilə hazırlanan kompozisiyaların ərsəyə gəlməsinə təxminən 4-5 ay vaxt sərf olunur. Bu iş rəssamlıq bacarığı ilə yanaşı, diqqət və səbir də tələb edir. Sənətkar hazırda ulu öndər Heydər Əliyevin portreti üzərində işləyir.