CƏMİYYƏT


Binəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb

Binəqədi rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-biri ilə kəsişən Məsud Davudoğlu,Şota Rustavelli, Svetlana Məmmədova və İsmayıl Dağıstanlı küçələri təmir olunub. Artıq vətəndaşlar yenidənqurmadan sonra genişləndirilmiş və müasir yol elementləri ilə təchiz edilmiş küçələrdən rahat şəkildə istifadə edirlər.