Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb
25.02.2018 [16:54]
Xəbərin mətni
Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajlarda Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb edirlər.
Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş etdirilib.