MƏDƏNİYYƏT


Qusarlıların qədim iməcilik adətlərini təbliğ edən “Mel” folklor ansamblı

Hazırda 16 nəfərdən ibarət olan folklor qrupunun üzvləri bayram çərşənbələrində yerli sakinlərlə bir yerdə ocaq ətrafına toplaşır, qədim mahnıları səsləndirir, müxtəlif əyləncəli oyunlar keçirir və rəqs edirlər. Adətə görə Novruz bayramı öncəsi kənddə iməcilik keçirilir və hər gün bir qonşunun evində bayram hazırlıqları görülür. Mel sözünün mənası da elə könüllü iməcilik deməkdir. Eyniadlı folklor ansamblının təqdim etdiyi musiqili quruluşlarda da bu, öz əksini tapır.