Göygöl rayonunun Çaylı-Pənahlılar-Dozular avtomobil yolu yenidən qurulur
28.02.2018 [13:51]
Xəbərin mətni
Layihəyə əsasən 18 kilometr uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraq yolun yararsız qruntu qazılaraq çıxarılır, yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.