Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb

28.02.2018 [15:06]

Xəbərin mətni
Memorandum fevralın 28-də Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” şirkətinin birlikdə rəsmi şəhər kartı yaratmaq məqsədilə keçirdikləri görüşdə imzalanıb. Görüşdə “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmid bildirib ki, “Baku Card”, Azərbaycanda ilk və Bakı şəhərinin yeganə rəsmi şəhər kartıdır. Bu kartlar Azərbaycanın turizm sektorunun inkişafına öz töhfəsini verəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI