Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert təşkil edilib

01.03.2018 [17:17]

Xəbərin mətni
Parisin 4-cü rayonunda Notr-Dam-de-Blan-Manto kilsəsində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Rəhman Mustafayev Xocalı qətliamının müasir tariximizin ən qanlı səhifəsi olduğunu bildirib.