ABŞ-ın şərq sahillərində qasırğa 5 nəfərin həyatına son qoyub
03.03.2018 [16:28]
Qasırğa zamanı bəzi yerlərdə küləyin sürəti saatda 150 kilometrə çatıb. Külək sahilyanı rayonlara qar və buz yağışı gətirib. Lakin sakinlər üçün ən böyük təhlükə daşqın təhlükəsidir – bəzi küçələr hündürlüyü bir metrdən çox olan buzlu suyun altında qalıb.