Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib
06.03.2018 [14:44]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırdı və onun Azərbaycan Respublikasının yüksək ordeni olan “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı.