MƏDƏNİYYƏT


Beynəlxalq Qadınlar Günü Xırdalanda qeyd olunub

Abşeron Rayon Mədəniyyət Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Xırdalan şəhər məktəbəqədər təhsil müəssisləri maraqlı bayram proqramı təqdim edib. AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, son illər ölkə həyatının müxtəlif sahələrində qadınların fəallığının xeyli artmasından söz açıb.