Tokioda “Azərbaycan mətbəxi məktəbi”nin ilk məşğələsi keçirilib
07.03.2018 [12:06]
Xəbərin mətni
Yaponiya paytaxtının Mequro rayonunda yerləşən Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil edilən ilk məşğələdə məktəbin təşkilatçıları, Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər.