MƏDƏNİYYƏT


“Eurovision-2018” mahnımızın klipi təqdim edilib

“Eurovision-2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AISEL) ifa edəcəyi mahnının klipi təqdim edilib. AZƏRTAC xəbər verir ki, “X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar. “Eurovision-2018” mahnı müsabiqəsinin yarımfinalları mayın 8 və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.