MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının açılışı olub

Martın 7-də Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb.