Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

09.03.2018 [14:45]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğuladı və Levan İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI