CƏMİYYƏT


Gədəbəydə 3 istiqamət üzrə 29 kilometr yol yenidən qurulur

Gədəbəy rayonunda uzunluğu 29 kilometr olan 3 istiqamət üzrə avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu kilometrindən ayrılan və 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6,1 kilometrlik Çanaqçı-Haçaqaya və 2,9 kilometrlik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.