Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib

13.03.2018 [10:36]

Türkiyənin Çorum bölgəsindəki Osmancıq rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzaya sərnişin avtobusu ilə ağır tonnajlı yük maşınının toqquşması səbəb olub. Avtobus zərbədən alışıb. Nəticədə 6 nəfər ölüb, 19 nəfər yaralanıb.