MƏDƏNİYYƏT


Novruz bayramı günlərində Azərbaycana turist axını gözlənilir

Novruz bayramı günlərində Azərbaycana turist axını gözlənilir. Bunu Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov AZƏRTAC-a müsahibəsində deyib. Bu il Rusiya, İran, Ərəb və Orta Asiya ölkələrindən olan qonaqlar bayramı qeyd etmək üçün ölkəmizə üz tutacaqlar. Onun sözlərinə görə, turistlərin sayının artmasına təsir edən əsas amil ölkədə mövcud olan sabitlikdir.