MƏDƏNİYYƏT


Xaçmazda Yel çərşənbəsi REPORTAJ

Martın 13-də Xaçmazda Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub. Rayonun Niyazoba kəndində təşkil olunan bayram tədbirində elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub. Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayıblar. Kosa və Keçəl bayram tədbirinin iştirakçıları ilə yumurta döyüşdürərək, zarafatlaşıb. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə yeniyetmələr güləşib, qol gücü sınayıb, “Ənzəli” oynayıblar.