MƏDƏNİYYƏT


Cəbhə kəndində Novruz sürprizi REPORTAJ

Tərtər rayonunun cəbhə zonasında yerləşən Qapanlı kəndinin uşaqları “Kosanın sürprizi” layihəsi çərçivəsində bayram sevinci yaşayıblar. Azərbaycan Dövlət İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı, Tərtər Rayon icra Hakimiyyətinin və “Patron” günəbaxan tumları şirkətinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi cəbhə kəndində yaşayan uşaqlara bayram sevinci yaşatmaq, Novruz adət-ənənələrini təbliğ etməkdir.