Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Arşın mal alan” filmi fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb

15.03.2018 [12:33]

Xəbərin mətni
Parisdə xarici ölkələrin filmlər həftəsi çərçivəsində “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası “Le Balzac” kinoteatrında nümayiş olunub. AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun (FİCEP) birgə təşkilatçılığı ilə reallaşıb.