Prezident İlham Əliyev İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15.03.2018 [17:51]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən dördtərəfli görüşündən məmnunluğunu bildirdi.