RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlətimizin başçısı Makedoniya Respublikasının Prezidenti George İvanovun bu tədbirdə iştirakının önəmini vurğuladı.