DÜNYA


Floridada körpü çöküb

Martın 15-də Florida Beynəlxalq Universitetinin ərazisində yeni tikilmiş piyada körpüsü çöküb. İlkin məlumata görə, çökmə nəticəsində azı bir nəfər həlak olub, 6 nəfər xəsarət alaraq yerli xəstəxanalardan birinə yerləşdirilib. Dağılan körpünün altında azı səkkiz maşının qaldığı bildirilir. Xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.