MƏDƏNİYYƏT
DSX-nin silahlı birləşmələrində və hərbi hissələrində bayram tədbirləri davam etdirilir
16.03.2018 [15:14]
Xəbərin mətni
Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin Bakı qarnizonunun hərbi hissələrinin hərbi qulluqçuları və işçiləri üçün bayram konserti təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin və rəqs ansamblının yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Musiqiçilərin və solistlərin canlı ifaları, rəqs ansamblının parlaq çıxışları böyük maraqla izlənilib.