Şamaxının bir neçə kəndini birləşdirən avtomobil yolu yenidən qurulur
16.03.2018 [16:08]
Xəbərin mətni
Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolu yenidən qurulur. 16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil10 metr enində tikilir. Bunun üçün hazırda ərazidə 190 min kub.m həcmdə torpaq işləri görülür, yararlı çınqıl materialı tökülərək kipləşdirilir və yeni yol yatağı inşa olunur.