MƏDƏNİYYƏT


Sofiyada Novruz bayramı qeyd olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə Bolqarıstanın Prezident Administrasiyasının, Xarici İşlər, Daxili İşlər, Təhsil və Elm nazirliklərinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ölkənin aparıcı QHT və KİV təmsilçiləri, diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.