MƏDƏNİYYƏT


Naxçıvanlı məktəblilər “Atəşgah məbədi” ilə tanış olublar

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Məbədlə tanışlıq zamanı şagirdlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır.